Paşinyan: Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir

Tarix: 08 Jan 2026 14:21

Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə görə, Azərbaycan benzininin satın alınması ilə bağlı ilkin bazar araşdırması aparılıb və bu fürsəti siyasi aksiyaya çevirməyəcək iş adamlarına təklif olunub.

Nəticədə, Azərbaycan tərəfi ilə əlaqəyə iki erməni şirkəti – “Ran Oil” və “Titan” çıxıb.

Paşinyan, həmçinin, qeyd edib ki, ilk neft məhsulları tədarükü zamanı bəzi yanacaq doldurma stansiyaları Azərbaycan benzinini satmaqdan imtina edib.

İlqar Xudiyev Paşinyan Azərbaycan Ermənistan

Xəbər Lenti