Azərbaycanda qaz sayğaclaşması üzrə göstəricilər açıqlanıb

Tarix: 09 Jan 2026 14:31

01.01.2026 tarixinə SOCAR-ın“Azəriqaz” İstehsalat Birliyi üzrə cəmi abonentlərin sayı 2 716 413 təşkil edib.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq “Azəriqaz”dan bildirilib.

Məlumata əsasən, qeyd olunan göstəricinin 2 668 702-i əhali, 47 711-i isə qeyri-əhali abonent qrupunun payına düşüb.

İB-dən bildirilib ki, 01.01.2026 tarixinə abonentlərin 2 017 463-ü mexaniki, 698 950-i isə smart-kart tipli qaz sayğaclarından istifadə edir.

“Ötən il İstehsalat Birliyi üzrə 45 386 yeni abonent qeydiyyata alınıb ki, onlardan 37 635-i mexaniki, 7 751-i isə smart-kart tipli sayğacla təmin edilib ”, - məlumatda qeyd olunub.

Bununla yanaşı, ötən il “Azəriqaz” tərəfindən 364 161 sayğac əvəz olunub (mexaniki - 348 957, smart-kart tipli - 15 204).

Emil İsmayılov Azəriqaz sayğaclar abonentlər

Xəbər Lenti