“Bank Respublika”nın aktivləri 2 mlrd. manatı ötüb - Hesabat

Tarix: 15 Jan 2024 17:57

"Bank Respublika" 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

“APA-Economics” banka istinadən xəbər verir ki, ötən il “Bank Respublika"nın xalis mənfəəti 2022-ci illə müqayisədə 51% və ya 13.6 milyon manat artaraq 40 milyon 253 min manat təşkil edib. 2022-ci ildə bank 26 milyon 652 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 36.9% artaraq 189 milyon 745 min manat, faiz xərcləri isə 35.2% artaraq 72 milyon 709 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 40 milyon 856 min manat ( illik müqayisədə 4.1% çox ), qeyri-faiz xərcləri isə 105 milyon 647 min manata ( illik müqayisədə 16.4% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 52,2 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ilə nisbətən 57% çoxdur.

Ötən il bankın aktivləri 34.5% və ya 546.1 milyon manat artaraq 2 milyard 130.9 milyon manat təşkil edib. Bu dövrdə bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 22% artaraq 1 milyard 174.2 min manata çatıb.

Bu dövrdə “Bank Respublika”nın cəmi öhdəlikləri 1 milyard 975.2 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 34.7% və ya 508.8 milyon manat çoxdur. Hesabat dövründə bankın depozit portfeli də 49.5% və ya 508.8 milyon manat artaraq 1 milyard 443.7 milyon manata yüksəlib.

2024-cü il yanvar ayının 1-nə “Bank Respublika”nın cəmi kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 31.5% və ya 37.3 milyon manat artaraq 155 milyon 759 min manat təşkil edib.

Xəbər Lenti