Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası Bakıdan yola salınıb - FOTO - VİDEO

Tarix: 09 Jan 2026 15:19

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası Bakıdan yola salınıb.

“APA-Economics” xəbər verir ki, 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.

https://t.me/apa_az/111708

Şükran Məmmədov Azərbaycan Ermənistan neft məhsulları Azərbaycan-Ermənistan sülh gündəliyi Azərbaycan neft məhsulları

Xəbər Lenti