Şənbə, 10 Yanvar, 2026
Tarix: 09 Jan 2026 15:50
“Cənubi Qafqaz böyük nəqliyyat mərkəzinə çevrilmək potensialına malikdir. Lakin bu potensialın reallaşdırılması müasir infrastrukturun inkişafını və həqiqi intermodallığı tələb edir ki, bu da müxtəlif mərhələlər, ölkələr və fərqli coğrafi şəraitlər üzrə səmərəli yüklərin ötürülməsini təmin etsin”.
Bunu APA-ya müsahibəsində NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikov deyib.
O bildirib ki, avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşma və onun sonrakı inkişafları, o cümlədən əsasən Azərbaycanı, Ermənistanı və Türkiyəni birləşdirən, daha geniş mənada isə Mərkəzi Asiyanı Avropa ilə əlaqələndirən regional bağlantılar şəbəkəsinin yaradılması bu cür imkanları açıq şəkildə ortaya qoyur.
“Bununla belə, adlandırılmasından asılı olmayaraq, bu təşəbbüslərin region ölkələrinin maraqlarına real şəkildə xidmət etməsi mühüm əhəmiyyət daşıyır. Onlar bütün regional aktorların iqtisadi və tranzit potensialını tam reallaşdırmasına şərait yaratmalı, eyni zamanda, sülh quruculuğuna və uzunmüddətli sabitliyə töhfə verməlidir.
Bu prinsiplər TRIPP təşəbbüsünün əsasını təşkil edir və onun Cənubi Qafqaz regionunun bütövlükdə xeyrinə əhəmiyyətli iqtisadi imkanları açmaq potensialı var”, - o qeyd edib.
Toğrul Quluzadə Cənubi Qafqaz NATO Azərbaycan Ermənistan Türkiyə Mərkəzi Asiya Avropa TRIPP Tramp Marşrutu