Qızılın qiyməti tarixi rekordunu yeniləyərək 4500 dolları ötüb

Tarix: 09 Jan 2026 19:40

Qlobal əmtəə bazarlarında qızılın qiyməti 4 500 ABŞ dolları həddini keçib.

“APA-Economics” xəbər verir ki, COMEX birjasında fevral 2026 tədarükü üzrə qızıl fyuçerslərinin qiyməti 1% artaraq 4 505 ABŞ dolları/unsiya səviyyəsinə yüksəlib.

Eyni zamanda, spot bazarda qızılın qiyməti 0,64% bahalaşaraq 4 506 ABŞ dollarını ötüb. Məlumatlara görə, spot qiymətin fyuçers kontraktlarını üstələməsi bazarda qızılın dərhal tədarükünə tələbatın artdığını göstərir.

Qızılın qiymətindəki artım əsasən geosiyasi risklərin güclənməsi, investorların riskdən qaçış davranışının artması və təhlükəsiz aktivlərə yönələn tələbin yüksəlməsi ilə əlaqələndirilir.

Rahim Tarıverdiyev qızıl qiymət

Xəbər Lenti