Bazar ertəsi, 12 Yanvar, 2026
Tarix: 12 Jan 2026 11:41
2025-ci ildə Cənub Qaz Dəhlizi (CQD) layihəsi üzrə gözlənilən dividendlərin daxil olmaması və layihələrin icraçı təşkilatı olan SOCAR tərəfindən 2026–2029-cu illərdə dividend ödənişlərinin nəzərdə tutulmadığı qeyd olunmasına baxmayaraq, Fond 2026-cı il büdcə layihəsində CQD layihəsi üzrə 404,4 mln. manat məbləğində daxilolma proqnozlaşdırıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2026-cı il büdcəsinə verdiyi rəydə bildirilib.
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2014-cü il tarixli 287 nömrəli Sərəncamının 1.1. bəndinin icrasına uyğun olaraq səhmlərinin 49 faizi dövlət mülkiyyətidə, 51 faizi isə ARDNŞ-ə məxsus Cənub Qaz Dəhlizi (CQD) Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, Sərəncamın 4-cü bəndinə əsasən Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilməsi, həmin səhmlər üzrə dividendlərin Azərbaycan Respublikasının Dövlət Neft Fonduna (ARDNF) köçürülməsi müəyyən edilib.
Şükran Məmmədov Cənub Qaz Dəhlizi (CQD) ARDNF