Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 17 Jan 2024 12:03
İşğaldan azad olunan ərazilər üçün 500 milyon manat kredit portfeli müəyyənləşdirilib. Bu isə o deməkdir ki, hər sahibkar 5 milyon manat kredit əldə edə bilər.
“APA-Economics”in xəbərinə görə, bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev ötən ilin yekunları ilə bağlı tədbirdə deyib.
O bildirib ki, kreditin müddəti 7 ilədəkdir: “Kreditin faiz dərəcəsi 15 faizədəkdir”.