Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 17 Jan 2024 15:16
Ötən il Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2 217 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki illə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 18,5%, kimya sənayesi məhsullarının istehsalı 6,9% artıb, əczaçılıq məhsullarının istehsalı isə 9,1% azalıb.
Məlumata görə, kimya sənayesi məhsullarından etil spirti 2,7 dəfə, polietilen istehsalı 21,2%, etilen istehsalı 18,5%, propen (propilen) istehsalı 14%, rezin və plastik kütlə məmulatlarından məsaməli plastik kütlədən sair plastilinlər, lövhələr 67,5%, plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 66,5%, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 13,8%, plastmas çubuqlar, millər və profillərin istehsalı isə 4,5% artıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
Məhsul növləri
2023-cü ildə istehsal edilmişdir
Əvvəlki ilə nisbətən, faizlə
01.01.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı
Kimya sənayesi məhsulları
Təsirsiz qazlar, min kub metr
46 269,6
100,7
66,6
ondan:
azot, min kub metr
21 627,3
92,4
63,0
Lak-boya məmulatları, ton
39 567,9
116,8
239,1
Qeyri-üzvi kimyəvi maddələr, min ton
2 6680
119,1
6 930
ondan:
yod, ton
208,1
106,9
7,7
Üzvi kimyəvi maddələr, min ton
971,2
99,8
20,1
ondan:
etilen, min ton
165,6
118,5
0,3
propen (propilen), min ton
153,1
114,0
0,8
metanol (metil spirti), min ton
494,6
92,5
12,7
Etil spirti, min dkl
64,2
2,7 d.
35,3
Gübrə və azot birləşmələri, min ton
453,7
84,5
55,3
ondan:
karbamid, min ton
453,6
84,5
55,3
İlkin formada plastik kütlə, min ton
318,9
121,7
19,6
ondan:
polietilen, min ton
162,8
121,2
11,7
Yapışqan və yapışdırıcı maddələr, min ton
122,2
121,7
6,5