Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra müharibə olmayacaq

Tarix: 13 Jan 2026 18:23

Uzun illərin həsrəti arxada qaldı, haqq-ədalət Zəfər çaldı. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi.

APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə deyib.

“Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıblar və burada qürurla yaşayacaqlar, xoşbəxt yaşayacaqlar, rahat yaşayacaqlar. Əminəm ki, bundan sonra müharibə olmayacaq. Azərbaycan dövləti güclü dövlətdir”, - dövlət başçısı əlavə edib.

Prezident İlham Əliyev Ağdərə Aşağı Oratağ Çıldıran Heyvalı Çapar

Xəbər Lenti