Mirzoyanın müavini Azərbaycanla normallaşma prosesindən danışıb

Tarix: 13 Jan 2026 18:54

8 avqust 2025-ci ildə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması və birgə bəyanatın qəbul edilməsi Cənubi Qafqazda sülhün bərqərar olmasına şərait yaratmaqla yanaşı beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində aparılan işlərdə də öz əksini tapır.

APA xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoqomonyan “Armenpress” agentliyinə müsahibəsində bildirib.

“Bu sülh Ermənistana müxtəlif proseslərdə daha fəal iştirak etməyə və öz gündəliyini irəlilətməyə imkan verir”, - o vurğulayıb.

İlqar Xudiyev Azərbaycan Ermənistan sülh gündəliyi

Xəbər Lenti