Azərbaycan və Türkiyə XİN rəhbərləri regionda təhlükəsizlik vəziyyətini müzakirə edib

Azərbaycan və Türkiyə XİN rəhbərləri regionda təhlükəsizlik vəziyyətini müzakirə edib

Tarix: 13 Jan 2026 22:24

13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regionda təhlükəsizlik vəziyyəti müzakirə olunub, iki qardaş ölkə arasında birgə əlaqələndirilmiş fəaliyyətdən məmnunluq ifadə olunub.

Mənbə: apa.az

Xəbər Lenti