Çərşənbə, 14 Yanvar, 2026
Tarix: 14 Jan 2026 12:42
Türkiyə səfirliyi Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 34-cü ildönümü ilə bağlı təbrik ünvanlayıb.
APA xəbər verir ki, səfirlik Türkiyə-Azərbaycan əlaqələrinin inkişafının bundan sonra da davam edəcəyini bəyan edib.
“Türkiyə və Azərbaycan arasında Diplomatik Əlaqələrin Yenidən Təsisinə dair Protokol”un 14 yanvar 1992-ci il tarixində imzalanması ilə ölkələrimiz arasında qurulan diplomatik əlaqələr “iki dövlət, bir millət” anlayışı ilə bu gün strateji müttəfiqlik və qardaşlıq əsasında hər sahədə daha da güclənərək davam edir.
Qarşılıqlı hörmət, etimad və müştərək tarix şüurla formalaşan bu güclü bağların bölgəmizdə sülhə, sabitliyə və rifaha töhfə verməyə davam edəcəyinə inanırıq”.
Toğrul Quluzadə Azərbaycan Türkiyə diplomatik münasibətlərin ildönümü