Çərşənbə, 14 Yanvar, 2026
Tarix: 14 Jan 2026 12:14
TRIPP-in icrası Ermənistan, ABŞ və ehtimal ki, Azərbaycanı tam qane edir.
APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda ABŞ və Avropa İttifaqı ölkələri səfirlərinin iştirakı ilə keçirilən konfransda TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı sənədi qiymətləndirərkən deyib.
Paşinyan bildirib ki, layihənin həyata keçirilməsi regionda uzunmüddətli sülhə “yaşıl işıq” yandırır.
O vurğulayıb ki, artıq bu gün Cənubi Qafqaz təhlükəsiz bir mühitə çevrilib, xüsusilə də qlobal böhranlar fonunda.
Baş nazirin sözlərinə görə, TRIPP Ermənistan, ABŞ və ehtimal ki, Azərbaycan üçün faydalı olmaqla, regionda əməkdaşlıq və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.
İlqar Xudiyev Ermənistan TRIPP Azərbaycan ABŞ