Ermənistan Naxçıvanla sərhəddə gömrük və sərhəd terminalları inşa etmək niyyətindədir

Tarix: 14 Jan 2026 13:11

Kommunikasiya yollarının və sərhədlərin mümkün açılması çərçivəsində Türkiyə ilə sərhəddə bir neçə körpünün tikilməsi ehtimal olunur.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən təhlükəsizlik forumunda müzakirələr zamanı bildirib.

Onun sözlərinə görə, söhbət “Marqara” və “Axurik” sərhəd-keçid məntəqələri yaxınlığında körpülərdən, həmçinin, həmin ərazilərdə və Naxçıvan sərhədində yerləşən “Yerasx” (Arazdəyən-red.) bölgəsində gömrük və sərhəd terminallarının tikintisindən gedir.

Paşinyan, eyni zamanda, İcevan–Qazax istiqamətindəki infrastruktur layihələrinin icrasını istisna etməyib.

İlqar Xudiyev Paşinyan Türkiyə sərhəddində körpülərin tikintisi Ermənistan

Xəbər Lenti