Çərşənbə, 14 Yanvar, 2026
Tarix: 14 Jan 2026 13:05
ABŞ Ermənistan və Azərbaycan arasında sülhün təmin olunması işinə sadiqdir.
APA “Armenpress”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvinn İrəvanda keçirilən təhlükəsizlik forumunda müzakirələr zamanı bildirib.
Səfirin sözlərinə görə, ABŞ Ermənistan, Azərbaycan və regiondakı digər tərəfdaşlarla əməkdaşlığı davam etdirir ki, nəticədə Ermənistan və Azərbaycan üçün ədalətli və davamlı sülh və tərəqqi təmin olunsun.
İlqar Xudiyev ABŞ Ermənistan Azərbaycan sülh gündəliyi