“Premium Bank”ın İdarə Heyətinə yeni sədr təyin olunub

Tarix: 18 Jan 2024 17:10

“Premium Bank” ASC-nin İdarə Heyətinin sədri dəyişib.

"APA-Economics"in əldə etdiyi məlumata görə, indiyə qədər bankın İdarə Heyətinin üzvü və sədr müavini olan Kamil Lətifov bankın sədri seçilib.

O, bu vəzifədə Mahir Nəcəfovu əvəz edib. M.Nəcəfov fəaliyyətini bankın İdarə Heyətinin üzvü kimi davam etdirəcək.

Xəbər Lenti