ABŞ səfirliyi Azərbaycan vətəndaşlarına vizaların verilməsinin dayandırılmasına dair xəbərlərə münasibət bildirib

Tarix: 15 Jan 2026 14:04

Yerli mediada ABŞ-ın 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-ın Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir”, - açıqlamada deyilir.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin 75 ölkənin vətəndaşları üçün immiqrant vizasının verilməsini dayandırdığına dair məlumat yayılıb.

Firuzə Vahid ABŞ-ın Azərbaycandakı səfirliyi viza Dövlət Departamenti

Xəbər Lenti