Pəncab hökumətinin naziri: Hindistanın konstitusiyasından siqhlərin kimliyi silinib

Tarix: 16 Jan 2026 10:24

Hindistanın konstitusiyasından siqhlərin kimliyi silinib.

APA xəbər verir ki, bunu Pəncab hökumətinin İnsan Haqları və Azlıqların məsələləri naziri Rameş Sinq Arora Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda deyib.

“Zorakılığın siqhlərə qarşı bu qədər dərin kök salmasının səbəbi siyasi fürsətçilik, dövlət repressiyası və siqhlərin kimliyinin və milli arzularının inkarıdır. Bunun üçün Hindistan Konstitusiyasının 25-ci maddəsinə baxmaq kifayətdir. Həmin maddədə siqhlər, buddistlər və digər qruplar ayrıca din və ya icma kimi tanınmır, əksinə hindu dininin qolları kimi təqdim olunurlar. Yəni konstitusion hüquq müstəvisində siqhlərin kimliyi faktiki olaraq silinir.

Eyni zamanda, bu maddənin tətbiqi son bir neçə onillik ərzində siqhlərə qarşı törədilən ifrat zorakılıqla müşayiət olunub. Dialoqa və konstruktiv yanaşmaya girmək əvəzinə, Hindistan dövləti hərbiləşməyə, insan hüquqlarının pozulmasına, kütləvi qırğınlara və siq inancına mənsub kişilərə, qadınlara və uşaqlara qarşı ekstremal zorakılığa əl atıb. 1984-cü ildə baş verən “Mavi Ulduz” əməliyyatı zamanı ordunun siqhlərin ən müqəddəs məbədi olan Qızıl Məbədə hücumu bunun bariz nümunəsidir”- nazir qeyd edib.

Toğrul Quluzadə Siqh Hindistan BTQ

Xəbər Lenti