Federasiya sədri: Hindistanın idarəçilik irsi dini azlıqların gələcəyi üçün narahatlıq doğurur

Tarix: 16 Jan 2026 10:17

Hindistanın müstəmləkə dövründən qalma idarəçilik irsinin bu gün də təsir göstərdiyi dini və etnik azlıqların - xristianlar, müsəlmanlar, dalitlər, siqhlər və digər qrupların - gələcəyi üçün narahatlıq doğurur.

APA xəbər verir ki, bu sözləri Siqh Federasiyasının sədri Bual Maninder Siqh Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda çıxışında deyib.

Natiq milli azlıqlara qarşı yönəlmiş qanunsuz həbslər, məhkəməsiz edamlar, itkin düşmələr, qadınlara qarşı cinsi zorakılıq halları və mülki şəxslərə qarşı hücumların muntəzəm yer aldığını bildirib.

"Bu halları onilliklər ərzində davam edir və Hindistan dövlətinin azlıqlara qarşı sərt repressiya siyasətinin bir nümunəsidir", - Maninder Siqh bildirib.

Hindistan siqh BTQ

Xəbər Lenti