Bakı Təşəbbüs Qrupu iki ildə 30-dan çox beynəlxalq konfrans təşkil edib

Tarix: 16 Jan 2026 10:03

Bakı Təşəbbüs Qrupu son iki ildə 30-dan çox beynəlxalq konfrans təşkil edib.

APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda deyib.

Abbas Abbasov bildirib ki, BTQ 20-dən çox ölkə ilə əməkdaşlıq qurub: "Həmçinin 30-dan çox hesabat, 4 kitab dərc olunub, 25-dən çox təşkilatla əlaqə qurulub".

Abbas Abbasov bu gün keçirilən konfransın sadəcə simvolik məna daşımadığını, burada siqhlərə edilənlərə görə ədalət tələb olunduğunu bildirib".

Toğrul Quluzadə Hindistan siqh BTQ

Xəbər Lenti