Cümə, 16 Yanvar, 2026
Tarix: 16 Jan 2026 11:05
Hindistan bu gün də Böyük Britaniya müstəmləkəçiliyinin repressiv qanunlarını saxlayaraq, onları azlıqlara qarşı silaha çevirir.
APA xəbər verir ki, bu sözləri Siqh Federasiyasının sədri Bual Maninder Siqh Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda çıxışında deyib.
Siqh icmasının nümayəndəsi Hindistanda bu gün də Britaniya müstəmləkə dövründən qalma qanunların tətbiq olunmasının insan hüquqlarına ciddi təhlükə yaratdığını bildirib: “Hindistan bu gün də Britaniya müstəmləkəçiliyinin repressiv qanunlarını saxlayaraq, onları azlıqlara qarşı silaha çevirir. Bu qanunlar ədalət üçün deyil, siyasi iradəni sındırmaq və fərqli səsi boğmaq üçün istifadə olunur”.
Çıxışda vurğulanıb ki, əvvəlcə britaniyalılar tərəfindən tətbiq edilən və məhkəməsiz həbslərə imkan verən qanunlar sonradan müxtəlif adlar altında yenilənib. Bu gün isə həmin yanaşma “Qanunsuz Fəaliyyətlərin Qarşısının Alınması Haqqında Qanun” (UAPA) vasitəsilə davam etdirilir. Natiqin sözlərinə görə, bu qanun xüsusilə Pəncab və Kəşmirdə siyasi fəalların, jurnalistlərin və dissidentlərin ittiham irəli sürülmədən, məhkəməsiz və uzun müddətə saxlanılması üçün geniş şəkildə tətbiq olunur.
Bual Maninder Siqh Hindistan Cinayət Məcəlləsinin 124A maddəsi — “dövlətə xəyanət” anlayışının da birbaşa Britaniya dövründən miras qaldığını xatırladıb. Bildirilib ki, bu maddə 1870-ci ildə müstəmləkə hakimiyyəti tərəfindən qəbul edilib və bu gün də azlıqlara, xüsusilə siqhlərə, müsəlmanlara və kəşmirlilərə qarşı istifadə olunur. Natiq 2019-cu ildə üç gənc siqhin bu maddə ilə ittiham edilməsini nümunə göstərib.
Federasiya sədri bildirib ki, bu hüquqi mexanizmlər Hindistanın insan hüquqları sahəsindəki beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir və ölkənin özünü demokratiya kimi təqdim etməsi ilə uyğun gəlmir.
İlqar Xudiyev Siqh icmasının nümayəndəsi Hindistan Britaniya