İcma nümayəndəsi: Siqhlər saylarının az olmasına baxmayaraq, böyük töhfələr verə bilir

Tarix: 16 Jan 2026 11:04

"Siqhlər saylarının az olmasına baxmayaraq, böyük töhfələr verə bilir".

APA xəbər verir ki, bunu Siqh icmasının münayəndəsi Jas Sinqh Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda Siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda deyib.

“Hindistanda siqhlər həmişə azlıq təşkil edib. Məncə, onların sayı heç vaxt əhalinin 2 faizini keçməyib. Bu gün Hindistanın əhalisi 1,4 milyard nəfərdir. Pəncabda yaşayan siqhlərin sayı isə təxminən 30 milyondan çox deyil. Buna baxmayaraq, bizim görünən kimliyimiz və daha da önəmlisi, prinsiplərimiz, sayımızla müqayisədə olduqca böyük və qeyri-mütənasib töhfələr verməyimizə səbəb olub”, - konfrans iştirakçısı bildirib.

Toğrul Quluzadə

Xəbər Lenti