Azərbaycan ötən il qara metalın ixracını azaldıb

Tarix: 19 Jan 2024 14:15

Ötən il Azərbaycan 102 874,64 min ABŞ dolları dəyərində 106 655,95 ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2022-ci ilin göstəricisi ilə müqayisədə 24,7%, həcmi isə 27,6% azalıb.

Məlumata görə, hesabat dövründə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 3,07% təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan 136 539,76 min ABŞ dolları dəyərində 147 394,57 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 17,5% artıb, həcmi isə 0,21% azalıb. 2022-ci ildə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 4,48% təşkil edib.

Xəbər Lenti