Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 19 Jan 2024 16:00
Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
APA-nın xəbərinə görə, Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tərtib etdiyi “Bakı şəhəri, Qaradağ rayonu və Salyan rayonu inzibati əraziləri daxilində yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, ehtiyat fondu torpaqları və kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, dövlət mülkiyyətində olan ərazidən Ələt azad iqtisadi zonasına ayrılması nəzərdə tutulan (IV hissə) 4312,56 hektar torpaq sahəsi Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilib.