Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 19 Jan 2026 12:37
Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri planlaşdırılır.
APA xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek bildirib. Qeyd edilib ki, danışıqların əsas mövzusu energetika məsələləridir.
Səfirin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ilə Çexiyanın Baş naziri Andrey Babişin Davos forumu çərçivəsində görüşü olacaq və bu görüşdə ikitərəfli əməkdaşlıq müzakirə olunacaq. "Azərbaycanla əmakdaşlıqda energetika səhəsi bizim üçün vacibdir. Bildiyiniz kimi Azərbaycan bizim müəssisələrə neft göndərən ən iri tədarükçüdür. Odur ki, bu sahə danışıqların əsas mövzsusudur", - səfir bildirib.
Çexiya-Azərbaycan neft tədarükü