Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 21 Jan 2026 15:48
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı genişləndirilib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Eşitməyə köməkçi vasitənin uyğunlaşdırılması (1 seans (koxlear protezin illik istifadə tamamlandıqdan sonra 4 dəfə nitq prosessorunun tənzimlənməsi xidməti (fitting), konsultasiya daxil), eşitməyə aid digər qeyri-operativ prosedurlar (koxlear protez cihazının xarici komponentləri) koxlear protez cihazı istifadəçisinin hazırda istifadə etdiyi səs (nitq) prosessorunun (minimum 5 (beş) il müddətində istifadə edilmiş olması şərtilə) bir üst modeli ilə əvəzləşdirilməsi (konsultasiya daxil) və Eşitməyə aid digər qeyri-operativ prosedurlar (koxlear protez cihazının xarici komponentləri) koxlear protez cihazı istifadəçisinin hazırda istifadə etdiyi səs (nitq) prosessorunun istifadəyə yararsız olduğu təqdirdə eyni model səs (nitq) prosessoru ilə (komplektləşdiricilər xaric) əvəzləşdirilməsi (konsultasiya daxil), (istehsalçı tərəfindən zəmanət şərtlərində nəzərdə tutulmadığı hallarda, minimum 1 (bir) il müddətində istifadə edilmiş olması şərtilə) Xidmətlər Zərfinə daxil edilib.
Firuzə Vahid Xidmətlər Zərfi tibbi xidmətlər