Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 22 Jan 2024 17:18
Əhalinin icbari tibbi sığortalanması üzrə dövlət öhdəliklərinin qarşılanması üçün dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fondunun büdcəsinə 1263,8 mln. manat vəsait yönəldilmişdir ki, bu da 2022-ci illə müqayisədə 141,1 mln. manat və ya 12,6% çoxdur.
Bu barədə “APA-Economics”ə Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2023-cü il dövlət büdcəsindən 1980,4 mln. manat vəsait ayrılmışdır ki, bu da 2022-ci illə müqayisədə 116,4 mln. manat və ya 6,2% çoxdur.