Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin Bakıda keçiriləcək iclasının tarixi bəlli olub

Tarix: 22 Jan 2026 12:46

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasının ilkin keçiriləcəyi tarix məlum olub.

“APA-Economics”in əldə etdiyi məlumata görə, tədbirlərin Bakıda martın 3-də keçirilməsi planlaşdırılır, lakin qeyd olunan tarix dəyişə bilər.

“Tədbirlərin keçirilməsi martın əvvəlinə nəzərdə tutulub. İlkin məlumata görə, bu 3 mart tarixində baş tutacaq, lakin tarix dəyişə bilər”, – mənbə bildirib.

Qeyd edək ki, tədbirə bir sıra ölkələrdən nazirlər, nazir müavinləri, digər yüksək səviyyəli nümayəndələr, maliyyə institutları və enerji şirkətləri qatılacaq.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir.

Emil İsmayılov Cənub Qaz Dəhlizi Yaşıl Enerji Məşvərət Şurası

Xəbər Lenti