Ötən il Azərbaycana xaricdən pul köçürmələri 3,3 mlrd. manatdan çox azalıb

Tarix: 23 Jan 2024 12:02

2023-cü ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 2 milyard 468 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 616.4 milyon manata bərabər olub.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilə nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 2.3 dəfə və ya 3 milyard 330.6 milyon manat, banklardan xaricə köçürmələr isə 38.6% və ya 388 milyon manat azalıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 5 milyard 798.6 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 1 milyard 4.4 milyon manat təşkil edib.

Xəbər Lenti