Cümə, 23 Yanvar, 2026
Tarix: 23 Jan 2026 12:36
Ötən il qlobal qaz tələbatı 4 286 mlrd. kubmetr səviyyəsində olub ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə cəmi 0,8% artım deməkdir.
Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA) qlobal qaz bazarı üzrə hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2024-cü ildə qlobal qaz tələbatı 4 251 mlrd. kubmetr olub ki, bu da 2023-cü illə müqayisədə 2,8% çoxdur. Beləliklə, 2024-cü illə müqayisədə 2025-ci ildə qlobal qaz tələbatının artım dinamikası yavaşlayıb.
Agentliyin proqnozuna görə, 2026-cı ildə qlobal qaz tələbatı 4 371 mlrd. kubmetr səviyyəsinə çatacaq. Yəni bu, 2025-ci illə müqayisədə təxminən 2% artım deməkdir.
Emil İsmayılov IEA təbii qaz qaz tələbatı