Cümə, 23 Yanvar, 2026
Tarix: 23 Jan 2026 12:51
Ötən il qlobal qaz istehsalı 4 264 mlrd kubmetr səviyyəsində olub ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 0,95%-ə yaxın artım deməkdir.
Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA) qlobal qaz bazarı üzrə hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2024-cü ildə qlobal qaz istehsalı 4 224 mlrd kubmetr olub ki, bu da 2023-cü illə müqayisədə 1,4% çoxdur. Beləliklə, 2024-cü illə müqayisədə 2025-ci ildə qlobal qaz istehsalının artım dinamikası yavaşlayıb.
Agentliyin proqnozuna görə, 2026-cı ildə qlobal qaz istehsalı 4 378 mlrd kubmetr səviyyəsinə çatacaq. Yəni bu, 2025-ci illə müqayisədə təxminən 2,7% artım deməkdir.
Emil İsmayılov IEA təbii qaz qlobal qaz istehsalı