Cümə, 23 Yanvar, 2026
Tarix: 23 Jan 2026 14:39
Ötən il Avropada qaz tələbatı 522 mlrd. kubmetr səviyyəsində olub ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə cəmi 3% artım deməkdir.
Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA) Avropada qaz bazarı üzrə hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2024-cü ildə Avropada qaz tələbatı 507 mlrd. kubmetr olub ki, bu da 2023-cü illə müqayisədə 1,4% çoxdur. Beləliklə, 2024-cü illə müqayisədə 2025-ci ildə Avropada qaz tələbatının artım dinamikası sürətlənib.
Agentliyin proqnozuna görə, 2026-cı ildə Avropada qaz tələbatı 512 mlrd. kubmetr səviyyəsində olacaq. Yəni bu, 2025-ci illə müqayisədə təxminən 1,9% azalma deməkdir.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Qeyd edək ki, indiyədək TAP vasitəsilə Avropaya 54 mlrd. kubmetrdən artıq qaz nəql olunub.
Emil İsmayılov IEA Avropa qazın istehlakı