"City Finance" və "İdeal Kredit" 20 min manat cərimə edilib

Tarix: 23 Jan 2024 16:19

"City Finance" MMC və "İdeal Kredit" MMC bank olmayan kredit təşkilatları (BOKT) cərimə edilib.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsinə müvafiq olaraq Bank Olmayan Kredit Təşkilatı “İdeal Kredit" MMC Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 20 000 (iyirmi min) manat, İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə müvafiq olaraq Bank Olmayan Kredit Təşkilatı “CİTY FİNANCE” MMC Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 20 000 (iyirmi min) manat məbləğində cərimə edilib.

Xəbər Lenti