Cümə axşamı, 14 May, 2026
Tarix: 22 Nov 2023 10:10
Naxçıvan MR Babək rayonunun bir sıra yaşayış məntəqələrinə qazın verilişi dayandırılacaq. APA-nın Naxçıvan bürosu xəbər verir ki, buna səbəb kəndlərdə gedən təmir işləridir. Bu gündən başlayaraq rayonun Göynük və Nəhəcir kəndlərinə qazın verilişi müvəqqəti olaraq dayandırılacaq.
Bu gün, həmçinin səhər saatlarından etibarən təmir işləri ilə əlaqədar Babək şəhərinin də qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.