Şənbə, 24 Yanvar, 2026
Tarix: 24 Jan 2026 10:09
Qlobal əmtəə bazarlarında neft bahalaşıb.
“APA-Economics” xəbər verir ki, Nyu-Yorkun NYMEX birjasında WTI markalı xam neftin cari ilin mart müqaviləsi üzrə qiyməti 1,71 ABŞ dolları və ya 2,88% artaraq 1 barel üçün 61,07 ABŞ dolları səviyyəsinə yüksəlib.
ICE London birjasında isə Brent markalı xam neftin mart ayı müqaviləsi üzrə qiyməti 1,82 ABŞ dolları və ya 2,84% artaraq 65,88 ABŞ dolları təşkil edib. Qeyd edək ki, neft qiymətlərindəki artım bazarlarda tədarük riskləri ilə bağlı gözləntilərin güclənməsi və enerji sektorunda ümumi müsbət dinamika fonunda baş verib.
Rahim Tarıverdiyev Neft Neft qiymətləri Azərbaycan nefti