Şənbə, 24 Yanvar, 2026
Tarix: 24 Jan 2026 11:12
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,71 ABŞ dolları və ya 2,5% artaraq 68,34 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66,63 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Rahim Tarıverdiyev neft Azeri Light