Ötən il Ali Məhkəmədə baxılmış kassasiya şikayətindən 14 faiz qərar ləğv edilib

Tarix: 24 Jan 2026 14:46

2025-ci ilin hesabat dövründə İnzibati kollegiyanın icraatında olmuş 5227 işdən 62.1 faizi yekunlaşdırılıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclasında bildirilib.

Qeyd edilib ki, yekunlaşmış işlərdən 43.4 faiz işə mahiyyəti üzrə baxılıb, 9,6 faiz kassasiya şikayəti formal əsaslarla mümkün sayılmayıb, 0,6 faiz iş üzrə kassasiya icraatına xitam verilib.

Baxılmış 3246 işdən 27,4 faizinin məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 47 faizi kassasiya şikayəti mübahisələndirilən məhkəmə qərarının vahid məhkəmə təcrübəsinə uyğun hesab edildiyindən mümkün sayılmayıb, 14 faiz qərar ləğv edilib, 0,5 faiz iş üzrə icraata xitam verilib, 0,9 faiz qərar dəyişdirilib.

Ali Məhkəmə plenium

Xəbər Lenti