Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 24 Jan 2024 13:21
Qırmızı dənizdəki münaqişənin tədarük müddətini artırması ilə əlaqədar Qətər Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü gecikdirir.
“APA-Economics” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Doha avropalı müştərilərə çatdırılmaların gecikmələri və vaxtının dəyişdirilməsi barədə məlumat verib.
Agentliyin məlumatına görə, yanvarın 15-dən Qətər Avropaya gedən təxminən altı gəmini daha uzun bir marşruta (Afrikanın cənubundakı Ümid burnu vasitəsilə) istiqamətləndirib.