Rusiyanın neft və qaz ehtiyatları artıb

Tarix: 24 Jan 2024 13:09

Ötən il aparılan geoloji kəşfiyyat işlərinin nəticələrinə əsasən Rusiyada neft və kondensat ehtiyatları 550 mln. ton, təbii qaz ehtiyatları isə 705 mlrd. kubmetr artıb.

“APA-Economics” xəbər verir ki, bu barədə Rusiya mətbuatı Ehtiyatlar üzrə Dövlət Komissiyasına istinadən məlumat yayıb.

Komissiya onu da qeyd edib ki, 2023-cü ildə ölkədə 43 karbohidrogen yatağı aşkar edilib.

Xəbər Lenti