Aİ ölkələrində yeraltı anbarlarda qazın həcmi 45%-ə enib

Tarix: 26 Jan 2026 11:22

Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 46%-dən aşağı enib.

Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.

Məlumata görə, Aİ ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi təqribən 45,59% təşkil edir (ötən ilin müvafiq dövründə 56,5% olub – red.), bu da son beş ilin orta göstəricisindən 15,12 faiz bəndi azdır.

Bildirilib ki, hazırda Aİ ölkələrinin anbarlarında qazın ümumi həcmi 50,4 mlrd. kubmetr təşkil edir.

Qeyd edək ki, ümumilikdə istilik mövsümündə, ötən oktyabrın 13-dən bəri Avropa ölkələri anbarlardan təxminən 46 mlrd. kubmetrə yaxın qaz çıxarıb.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Emil İsmayılov Aİ qaz anbarları TAP

Xəbər Lenti