Xocalının Badara və Seyidbəyli kəndlərinə növbəti köç karvanları yola salınıb

Tarix: 26 Jan 2026 12:40

Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə növbəti köç karvanları yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Badara kəndinə 15 ailə - 66 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 34 nəfər köçürülür.

Badara və Seyidbəyli kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Elgün Gəncimsoy Xocalı Badara Seyidbəyli köç

Xəbər Lenti