Kambocada beynəlxalq təlimdə iştirak edən ANAMA əməkdaşı vəfat edib

Tarix: 26 Jan 2026 14:33

Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Orxan Məhərrəmov səhhətində yaranan problemlə əlaqədar vəfat edib.

APA xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

ANAMA Orxan Məhərrəmovun vəfatı ilə bağlı ailəsinə başsağlığı verib.

Selcan Zaurqızı ANAMA Orxan Məhərrəmov Kamboca humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlim

Xəbər Lenti