Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 25 Jan 2024 10:54
Bu gün bağlamaların itməsindən daha çox, vətəndaşa vaxtında çatdırılmaması problemi müşahidə olunur.
“APA-Economics” xəbər verir ki, bunu “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev ötən ilin yekunlarına dair hesabatın təqdimatı zamanı deyib.
O bildirib ki, bağlamaların gec çatdırılmasının əsas səbəbi ünvanın göstərilməməsi və ya səhv göstərilməsidir.