Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 27 Jan 2026 10:52
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) qızıl aktivlərini 200 tona çatdırıb.
"APA-Economics" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, Fond ötən ilin son rübündə əlavə 15,2 ton qızıl alıb.
Ümumilikdə, ABŞ dolları portfelinin 28 mlrd. 63,2 mln. dollarlıq hissəsini qızıl investisiyaları təşkil edib.
Fondun ümumi aktivlərində qızıl payı isə 38,2% təşkil edib.
Rahim Tarıverdiyev ARDNF investisiya portfeli qızıl Azərbaycan Respublikası Dövlət Neft Fondu ABŞ dolları