Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 25 Jan 2024 23:37
Azərbaycandan Rusiyaya 612 min ədəd olmaqla ərzaq yumurtasının daha iki partiyası ixrac edilib. Ümumilikdə, yanvarın 25-nə Rusiya Federasiyası Azərbaycandan 4,2 milyon ədəd yumurta alıb.
APA xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
“Yanvarın 25-də Rusiyaya Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində iki partiya ərzaq yumurtası gətirilib. Yanvarın 25-dək Azərbaycandan Rusiyaya 4,2 milyon ədəd yumurta idxal edilib.”, - məlumatda deyilir.