Borc kapital bazarı vasitəsilə müəssisələrin maliyyələşməsi 3 dəfə artacaq

Tarix: 26 Jan 2024 12:41

BKB (Borc Kapital Bazarı) vasitəsilə real sektor müəssisələrinin maliyyələşdirilməsinin 500 milyon manatdan 1.5 milyard manata çatdırılması hədəflənir.

“APA-Economics” xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda öz əksini tapıb.

Strategiyada bildirilib ki, bu illər ərzində kapital bazarında ilkin kütləvi təklif gözlənilir.

Xəbər Lenti