91 yaşlı Kərkicahan sakini: Övladlarım, nəvə-nəticələrimlə doğma yurda qayıtmışam

Tarix: 30 Jan 2026 14:35

“1935-ci ildə Kərkicahanda doğulmuşam. Övladlarım da bu torpaqlarda böyüyüb. Müharibə, köçkünlük illərində çox əziyyətlər çəkmişik. Köçkünlükdə ağır şəraitdə yaşayırdıq. İndi şükürlər olsun ki, doğma yurduma qayıtdım.

Bu sözləri APA-nın Qarabağ bürosuna bu gün Kərkicahan qəsəbəsinə qayıdan 91 yaşlı Ağgül Həşimova deyib.

A.Həşimova doğma yurda qayıtdığına görə çox sevindiyini, özünü xoşbəxt hiss etdiyini deyib: "Övladlarım, nəvə-nəticələrimlə qayıdıram. Çox sevinirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Döyüşən oğullara can sağlığı versin. Bu sevinci bizə yaşadan Prezidentimiz həmişə var olsun. Mən ona öz minnətdarlığımı bildirirəm".

Elgün Gəncimsoy Köç Kərkicahan

Xəbər Lenti