Cümə axşamı, 14 May, 2026
Tarix: 22 Nov 2023 20:58
13 noyabr 2023-cü il tarixdə “YENİ XƏTT” Siyasi Tədqiqatlar Mərkəzinin Abşeron rayon, Xırdalan şəhərində yerləşən Mədəniyyət Mərkəzində “Tarixi qələbəmizin yaratdığı reallıqlar” adlı tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə iştirakçıları və qazilərin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin rəhbəri Ramil Hüseynov çıxışı zamanı qazilərin qəhrəmanlığı, şəhidlərin şücaəti, prezidentimizin mükəmməl diplomatiyası, qətiyyəti, müdrikliyi nəticəsində bizə şanlı qələbəmizi, ədaləti bərpa etməsindən bəhs edib.
Ramil Hüseynov Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə şəhid ailələrinə, qazilərə Fəxri fərmanlar və hədiyyələrlə təşəkkürünü bildirib.
Tədbir vətənpərvər mahnılardan ibarət konsert proqramı ilə yekunlaşıb.





