Nadir Zeynalov: Transplantasiya əməliyyatlarının sayının artması gözləmə siyahısına təsir etmir

Tarix: 31 Jan 2026 11:41

Azərbaycanda transplantasiya əməliyyatlarının sayı artsa da, gözləmə siyahısındakı şəxslərin sayı azalmır.

APA xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada deyib.

N.Zeynalov bildirib ki, Azərbaycanda orqan transplantasiyasına tələbat o qədər çoxdur ki, əməliyyatların sayının çoxalması gözləmə siyahasındakı sayı azalda bilmir: “Ümid edirik ki, orqan transplantasiyası üçün donor olmaq istəyənlərin sayı artar və gözləmə siyahısında olan şəxslərə bir ümid olar".

Onun sözlərinə görə, gələcəkdə transplantasiya əməliyyatlarına ehtiyac olmaya bilər: “Tibbin inkişafı sayəsində gələcək illərdə transplantasiya əməliyyatlarına ehtiyacın azalması ehtimalı var. Lakin bu, çox uzaq gələcəkdir".

Günay Elşən Transplantasiya əməliyyat

Xəbər Lenti